RU

ABŞ Ukraynaya 500 milyon dollarlıq hərbi yardım ayırıb

ABŞ dövlət katibi Antoni Blinken ABŞ-nin  Ukraynaya 500 milyon dollar məbləğində əlavə hərbi yardım ayırdığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayaıb. “Birləşmiş Ştatlar ukraynalı tərəfdaşlarımıza təcili ehtiyac duyulan daha bir əhəmiyyətli silah və texnika paketi təqdim edir”, – deyə  Blinken bildirib. Blinkenin açıqlamasına görə, yeni yardım paketinə əks-dron döyüş sursatları, Yüksək Hərəkətli Artilleriya Raket Sistemləri (HIMARS), 155 və 105 mm-lik artilleriya sursatları, yüksək sürətli radar əleyhinə raketlər, pilotsuz uçuş aparatları, minaya davamlı maşınlar, sürət vasitələrinin hərəkətliliyi, yüngül taktiki nəqliyyat vasitələri, bioloji, kimyəvi, radioloji və avadanlıqlar nüvə müdafiəsi, “Javelin” sistemləri, atıcı silah sursatları, qumbaralar, təlim avadanlıqları, həmçinin ehtiyat hissələri və dəstəkləyici avadanlıqlar daxildir.

Vəli Həsənov,

KONKRET.az

Избранный
61
konkret.az

1Источники