RU

"Müharibədə nənəsi erməni olan qardaş döyüşürdü, şəhid oldu" - İlham Tumas

Elə şeylər olur ki, danışmırsan, danışmırsan, ancaq için-içini yeyir, axırda partlayırsan"

Redaktor.az xəbər verir ki, bunu Qarabağ qazisi, jurnalist İlham Tumas kiminsə nənə və babasının erməni olması haqda danışarkən deyib:

"Filankəsin biznesini erməni idarə edirmiş, bu da onun bizim gözümüzdə "əskikliyiymiş". Ay bala, biney-qədimdən Osmanlının, Qacarların eşikağalığını, maliyyə, xəzinədarlıq işlərini əsasən kimlər idarə edirdi? Ermənilər! Bunlar 19-cu əsrdə Osmanlıdan torpaq istəyən həyasızlardı. Bu camaat dünya maliyyə şəbəkəsində özünə yer tutmuş camaatdır. 19-20-ci əsrdə Bakıda nə qədər erməni milyonçusu vardı, bir xatırlayaq da!

Filankəsin babası, ya nənəsi erməniymiş. Ay bala, bildiyim şeydən danışıram, birinci Qarabağ müharibəsində bizimlə nənəsi erməni olan bir qardaş döyüşürdü, canavar idi, ruhu şad olsun, şəhid oldu. Hamımızın tanıdığı bir qəhrəman var, yiyəsi-sahibi yoxdu deyə, adı elə çox çəkilmir, onun da nənəsi erməniydi. Belə oğullar yeddi arxa dönəni bəzi türk olanlardan yüzqat qəşəng döyüşürdü...

Bir də ermənini gözümüzdə heç vaxt balacalatmayaq. Bunların dünyanın çox ciddi mətləblərində söz sahibi olan isimləri var. Məhz ona görə, biz Vətən Müharibəsi ilə tək Qarabağı qurtarmadıq, həm də dünya erməniliyinin atasını yandırdıq, qərinələrdi davam eləyən "erməni sualı" məsələsini qapatmaq istiqamətində önəmli addım atdıq. Ona görə "önəmli addım atdıq" deyirəm ki, bu "sualın" yenidən xortlamasına çalışanlar var, yenə olacaq! Erməniyə barmaqarası, gözucu baxmayaq, bunlar çox ciddi camaatdır! Yoxsa, "filankəsin biznesini niyə erməni idarə edir" kimi mənasız iradlarla başımızı qatmayaq. Vallah, axtarsan, bizim pullu məşhurların çoxunun milyonlarını elə ermənilər idarə edir!".

Избранный
18
3
redaktor.az

4Источники