RU

Makron bu gün Fransanın yeni Baş nazirini təyin edəcək

Fransa prezidenti Emmanuel Makron bu gün ölkənin yeni Baş nazirinin təyinatı ilə bağlı qərar verəcək. 

Missiya.Az “BFMTV” telekanalına istinadən xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Bildirilir ki, dövlət başçısının ofisi Makronun müvafiq qərarı barədə yazılı açıqlama vasitəsilə məlumat verəcək.

Qeyd edək ki, ötən gün Makron daxili siyasi böhranı həll etmək üçün Polşa səfərini yarımçıq dayandıraraq Fransaya qayıtmalı olub.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
16
missiya.az

1Источники