RU

Bakıda 200-dən çox qəzalı binanın aqibəti necə olacaq? - VİDEO

Bakıda 200-dən çox qəzalı binanın təhlili aparılıb və praktiki işlərə başlanılıb.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, Bakıda və digər şəhərlərdə xeyli qəzalı bina var. Bu binaların müəyyənləşdirilməsi ilə bağlı işlərə Fövqəladə Hallar Nazirliyinin rəyləri və vətəndaşların müraciətləri əsasında əvvəlki dövrlərdə başlanılıb. Hazırda Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Komitə tərəfindən 200-dən çox belə bina, yəni 7000-dən çox mənzil təhlil edilib. İndiyədək bu mənzillərin təxminən yarısının inventarizasiyası başa çatdırılıb və bir neçə ünvanda artıq praktiki işlərə başlanılıb.


Anar Quliyev, həmçinin qeyd edib ki, son 6 ildə ölkənin şəhərlərin 26 Baş planı hazırlanıb və təsdiq olunub. Hazırda isə 16 Baş plan üzərində iş gedir.


Komitə sədri vurğulayıb ki, işlərə dəqiqliklə yanaşmaq üçün özəl qiymətləndiricilər də prosesə cəlb olunub. Məsələlərin ardıcıllıqla həlli planlaşdırılır (Xezerxeber.az).

Избранный
7
16
referans.az

10Источники