RU

Azərbaycanda muzdla çalışanların sayı 1,77 milyona yaxınlaşıb

Bu il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1773,3 min nəfər olub. Bunlardan 881,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 891,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Fins.az, Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 993,2 manat təşkil edib.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Избранный
9
49
fins.az

10Источники