RU

“Qarabağ”a 9 xal belə kifayət etməyə bilər

UEFA Avropa Liqasında altı oyundan sonra hesabında cəmi 3 xal olan və 33-cü yerdə qərarlaşan “Qarabağ” pley-offa çıxmaq işini çətinə salıb.

İdman.biz xəbər verir ki, liqa mərhələsinin başa çatmasına iki tur qalıb.

Hazırda “Qarabağ” turnir cədvəlində yalnız RFS (2 xal), “Nitsa” (2) və Kiyev “Dinamo”sunu (0) qabaqlayır.

Azərbaycan çempionu növbəti mərhələyə vəsiqə verən ilk "24-lük"dən dörd xal geri qalır. “Elfsborq” isə “Qarabağ”a qalib gəlməklə (1:0) məhz 24-cü yerə yüksəlib və 7 xalı var.

“Braqa” (7), “Hoffenhaym” (6), “Makkabi Tel-Əviv” (6), “Beşiktaş” (6), “Slaviya Praqa” (4), “Tvente” (4), “Malmö” (4) və “Ludoqorets” (3) kimi komandalar da ilk "24-lüy"ə düşməyə çalışırlar.

Yarışdan əvvəl “Opta”nın hesablamalarına görə, pley-offa düşmək üçün azı 10 xal toplamaq lazımdır və 9 xal belə kifayət etməyə bilər. Bu da o deməkdir ki, “Qarabağ” qarşıdakı iki oyunun hər birində qələbə qazanmaqla xalını doqquza çatdırmalı və digər komandaların nəticələrinə baxmalıdır. Qarşıdakı rəqiblər isə 11 xalla 10-cu yerdə olan FCSB (Rumıniya) və 9 xalla 15-ci pillədə qərarlaşan “Olimpiakos”dur (Yunanıstan): birinci qarşılaşma Bakıda, sonuncu isə səfərdə olacaq.

Yeri gəlmişkən, yekunda Avropa Liqasında xalları bərabər olan komandalarda top fərqi əsas götürüləcək ki, “Qarabağ” hazırda “-10” ilə yalnız “-14” göstəricisinə malik Kiyev “Dinamo”sundan üstündür.

“Qarabağ” və qarşıdakı rəqiblərinin növbəti oyunları
7-ci tur, 23 yanvar 2025

Portu (Portuqaliya) - Olimpiakos (Yunanıstan)
QARABAĞ - FCSB (Rumıniya)

8-ci tur, 30 yanvar
Olimpiakos (Yunanıstan) – QARABAĞ

İdman.biz

Избранный
14
1
idman.biz

2Источники