RU

Türkmənistanda şagird və tələbələrə bayram qadağası: Küçəyə çıxmaq olmaz

Türkmənistanda şagird və tələbələrə Yeni ili qeyd etmək yasaqlanıb.

“Cebheinfo.az” Azadlıq Radiosunun türkmən xidmətinə istinadən bildirir ki, hakimiyyətin təşkil etdiyi Yeni il tədbirlərinə qatılmaqsa məcburidir.

"Tələbələrə Yeni il axşamı kafedə, yaxud evdə şənlik təşkil etməyəcəklərinə, eləcə də şəhəri gəzməyə çıxmayacaqlarına dair yazılı öhdəlik imzalatdırıblar", - xidmətin qaynaqlarından biri deyib.

Yasağı pozanlar təhsil aldığı universitetdən qovula bilər.

"Ötənilki təcrübədən bilinir ki, əsasən, yuxarı kurs tələbələrini qorxutmaq üçün xəlvəti şənlik keçirən tələbə universitetdən xaric edilirdi", - xidmətin bir başqa qaynağı deyib.

Şagirdlərə isə hələ noyabrda xəbərdarlıq edilib. Bu yasaq barədə bilgi verən müəllimlər Təhsil Nazirliyinin bir sərəncamını əsas gətirir.

Bütövlükdə ölkədə Yeni ilin keçirilməsinə hazırlıq işləri gedir. 

Keçən il dövlət müəssislərinə Yeni il ağacını quraşdırmaq, məktəb və uşaq bağçasında Yeni il tədbirləri keçirmək yasaqlanmışdı. 

Bayramla bağlı məhdudiyyətlər Sərdar Berdiməhəmmədov prezident olandan bəri tətbiq olunmağa başlanıb.

Onun atası Qurbanqulu Berdiməhəmmədovun prezidentliyi dönəmində təmtəraqlı məclislər keçirilir, keçmiş dövlət başçısı da mahnılar oxuyurdu. O vaxt da dövlət Yeni il şənliklərinə nəzarət edir, ancaq onları yasaqlamırdı.

“Cebheinfo.az”

Избранный
27
cebheinfo.az

1Источники