RU

“Güvən Lahmacun”da nöqsanlar aşkarlandı -

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları (AQTA) Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə fəaliyyət göstərən Əmiraslanov Vasif Hidayət oğluna məxsus “Güvən Lahmacun” restoranında planlı yoxlama keçiriblər.Metbuat.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların bir sıra tələblərinin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı məlum olub.Müəssisədə mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin məcburi tibbi müayinədən keçmədiyi, mətbəxdə və anbar sahəsində divarların asan yuyulub təmizlənən, dezinfeksiyaedici məhlulların təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin xüsusi ayrılmış yerdə saxlanılmadığı, ağzı kip bağlanan və qoxu yaymayan tullantı qablarından istifadə olunmadığı və digər nöqsanlar müəyyən edilib. Həmçinin, mətbəxdə mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb.

Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub, restoranın fəaliyyəti məhdudlaşdırılıb.

Избранный
22
3
metbuat.az

5Источники