RU

Azərbaycanda canavarlar sakinlərə hücum etdilər

Şəkidə 3 nəfərə canavar hücum edib.

Pubika.az xəbər verir ki, bu gün səhər saatlarında rayonun Şorsu kəndində Seymur Cuma oğlu İsayev övladını məktəbə apararkən canavarın hücumuna məruz qalıb. Canavar C. İsayevə xəsarət yetirib.

Bu gün səhər saatlarında rayonun Cumakənd kəndində isə canavar iki nəfərə hücum edib. Kənd sakini 68 yaşlı Səfərəli Hüseynəli oğlu Həsənov və 28 yaşlı Məhəmməd Fikrət oğlu Məmmədov xəsarət alıblar.

Избранный
4
35
publika.az

9Источники