RU

Azərbaycan futzal millisinin baş məşqçisi: İsveçlə oyuna qələbə üçün çıxacağıq

Bakı, 13 dekabr, AZƏRTAC

"Komandada ab-hava yaxşıdır".

AZƏRTAC xəbər verir ki, bu sözləri bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Avropa çempionatının əsas mərhələsində Bakıda İsveç yığması ilə keçiriləcək oyundan əvvəl jurnalistlərə açıqlamasında deyib.

O, rəqibin yaxşı komanda olduğunu bildirib: "Yunanıstanla oyunu izləmişik. Sadəcə, yunanlar qol fürsətlərindən yaxşı istifadə etdilər və qələbə qazandılar. İsveçlə matça qələbə üçün çıxacağıq".

Baş məşqçi komandanın yenidən formalaşdığını söyləyib: "Bilirsiniz ki, əcnəbi oyunçular artıq milliyə dəvət almırlar. İndi özümüz oyunçu axtarışındayıq. Heyətdə olan futzalçıların potensialı var".

Mütəxəssis Kənan Manafov və Emin Kürdovun zədə səbəbindən komandaya kömək etməyəcəyini deyib.

Qeyd edək ki, dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – İsveç görüşü saat 20:00-da başlayacaq.

Избранный
16
27
azertag.az

10Источники