RU

Hərbi xidmətə çağırış yaşı niyə endirilir? - Hərbi ekspert

Yaş həddi çoxdan aşağı salınmalı idi. Əvvəl müharibə vəziyyətində olduğumuz üçün belə qərarlar verə bilmirdik.
Bu sözləri BUTA.TV-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov hərbi xidmətə çağırış müddətinin yuxarı həddinin 35 yaşdan 30 yaşa endirilməsi haqda danışarkən deyib. Hərbi ekspert bildirib ki, bəzi məsələlərdə gecikirik: “Artıq hərbi qanunvericilik təkmilləşdirilməlidir. 18 yaşlı gəncin fiziki imkanları ilə 35 yaşındakı insanın imkanları eyni deyil. İnsanın müəyyən fiziki göstəriciləri var, onlar eyni gücə sahib deyil. Bu insan üçün diskomfort vəziyyətdir. Ona görə də bizə peşəkar əsaslarla hərbi xidmətə çağırış həyata keçirmək lazımdır".

Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilib.

Избранный
18
3
buta.tv

4Источники