RU

ABŞ-nin Ay proqramına 50 ölkə qoşuldu

Panama və Avstriya rəsmi olaraq "Artemida Müqaviləsi"nə qoşularaq, kosmosun dinc və məsuliyyətli kəşfiyyatını öhdəsinə götürən 49-cu və 50-ci ölkə olublar.

Redaktor.az xəbər verir ki, imzalanma mərasimi NASA-nın Vaşinqtondakı qərargahında baş tutub.

Avstriyanın ABŞ-dəki səfiri Petra Şnebauer ölkəsinin əməkdaşlığa və elmi tərəqqiyə arxalandığını vurğulayıb. Panama səfiri Jose Miguel Aleman Healy imzalanmanı tədqiqat və qlobal əməkdaşlığa sadiqlik kimi qiymətləndirib.

İlk dəfə 2020-ci ildə ABŞ və digər yeddi ölkə tərəfindən yaradılan "Artemida Müqaviləsi" kosmosun tədqiqi üçün prinsipləri müəyyən edir. Bunlara şəffaflıq, elmi məlumat mübadiləsi və orbital dağıntıların idarə edilməsi kimi davamlılıq daxildir. Sazişlər Kosmos Müqaviləsinə əsaslanır, Ayda və kosmosda gələcək fəaliyyətləri istiqamətləndirmək üçün nəzərdə tutulub.

Sevinc İBRAHİMZADƏ

Избранный
31
redaktor.az

1Источники