RU

Bakıda ll Təhlükəsiz İdman Forumu keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dekabrın 13-də Milli Olimpiya Komitəsinin inzibati binasında ll Təhlükəsiz İdman Forumu keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini Mariana Vasilyeva, Olimpiya mükafatçılarımız və yerli idman federasiyalarının nümayəndələri iştirak ediblər.
Forumun əvvəlində Azərbaycanda təşkil olunan ilk Təhlükəsiz İdman Forumundan bəhs edən videoçarx nümayiş edilib.
Sonra Beynəlxalq Olimpiya Komitəsinin Təhlükəsiz İdman Şöbəsinin müdiri xanım Kirsti Barrousun forum iştirakçılarına videotəbriki səslənib.
O, çıxışında bildirib ki, bu cür mötəbər tədbirin təşkilində Azərbaycan Milli Olimpiya Komitəsi xüsusi fəallıq nümayiş etdirir. Təhlükəsiz idman sahəsində ölkəmizin lider olduğunu qeyd edən BOK nümayəndəsi bildirib ki, təkcə bu ilin oktyabr ayında Azərbaycanda bu mövzuda xüsusi tədbirlər keçirib. Vurğulanıb ki, BOK bütün üzv ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəsiz idman mühitinin yaranmasında maraqlıdır.
Qeyd edək ki, xanım Kirsti Barrousun çıxışından sonra təqdimatlar başlayıb.
Anar Həsənov
Избранный
20
50
oxu.az

10Источники