RU

Netanyahu  İran xalqına səslənib: “İslam Respublikası sizin milyardlarla dollar pulunuzu Suriyada havaya sovurub” 

Vətəninfo.az  xəbər verib ki, İsrailin Baş naziri Beynamin Netanyahu Bəşar Əsəd rejiminin süqutuu ilə bağlı İran xalqına müraciət edərək deyib: “Sizin hökumət rəsmiləri Əsədi dəstəkləmək üçün 30 milyard dollar xərcləyiblər, ancaq cəmi 11 günlük müharibədən sonra Əsəd hökuməti devrildi”.
Netanyahu bununla bağlı “X” hesabında paylaşım edərək vurğulayıb ki, İran xalqına zülm edən İslam Respublikasının rəsmiləri Livanda Hizbullah-a və Qəzzada HƏMAS-a maddi dəstək veriblər.
“Bu gün şahidi olduğumuz tarixi hadisələr, HƏMAS-ın məğlubiyyətinə, Hizbullah-ın məhvinə, Həsən Nəsrullah-ın hədəfə alınmasına və İran hökumətinin terror oxunu vurmaq üçün zəncirvari reaksiyamızdır”, – Netanyahu qeyd edib.

Избранный
31
veteninfo.az

1Источники