RU

Bu sahədə çalışanların xidmətdə olmalarının yaş həddi 5 il uzadılacaq

Bakı. Trend:

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən vəzifəyə təyin olunan diplomatik xidmət əməkdaşlarınındiplomatik xidmətdə olmalarının yaş həddi müəyyən edilmir.

Trend xəbərinəgörə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyəçıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsindəəksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan diplomatikxidmət əməkdaşlarının diplomatik xidmətdə olmalarının yaş həddi 65yaşdır.

65 yaşına çatmış diplomatik xidmət əməkdaşlarının xidmətdə olmamüddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) rəhbəri tərəfindən hər dəfə 1 (bir) ildən çox olmayaraq 5(beş) ilədək uzadıla bilər. Buna uyğun olaraq xidmətdə olma müddətiuzadılmış diplomatik xidmət əməkdaşlarının sayı diplomatik xidmətorqanlarının ümumi ştat vahidi sayının 15 (on beş) faizindən artıqolmamalıdır.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Избранный
4
25
az.trend.az

10Источники