RU

Bacısına mesaj yazan şəxsi məktəbin həyətində bıçaqladı - HÖKM

Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Aqşin Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, 3 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə iclas zalında dərhal həbsə alınıb.


İttihama görə, hadisə 26 iyun 2024-cü il tarixdə, saat təxminən 01:45 radələrində Şərur rayonunda yerləşən 1 nömrəli tam orta məktəbin həyətyanı sahəsində qeydə alınıb.


Belə ki, rayon sakini, 2006-cı il təvəllüdlü Aqşin Səfərov tanışı, zərərçəkmiş, 2003-cü il təvəllüdlü Qalib Həsənovla mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin onun bacısına mesaj yazması olub. Bu zaman Aqşin Qalibə 3 bıçaq zərbəsi endirərək ona xəsarət yetirib.


Daha sonra Aqşin Səfərov saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov 

Tarix: 13 Dekabr 2024, 12:36   
Избранный
26
pravda.az

1Источники