RU

“Emin “Kəpəz”lə oyunda dəqiq olmayacaq, “Turan Tovuz”la oyunda da...” – “Neftçi” rəsmisi sabiq kapitanın durumunu açıqladı

Ölkəmizin əsas yığmasının toplanışında zədələnən Emin Mahmudov hələ də “Neftçi”nin məşqlərinə qoşulmayıb. Artıq ikinci dövrənin başa çatmasına iki tur qalsa da, sabiq kapitanla bağlı dəqiq xəbər yoxdu. Bu da, təbii ki, “ağ-qara” azarkeşlərində narahatlıq yaradır.

Gözlər isə “Kəpəz” və “Turan Tovuz” ilə oyunlara yönəlib. Bəs Mahmudov qərb komandalarına qarşı meydana çıxa biləcəkmi? Sualı “Neftçi”nin Media üzrə əlaqələndiricisi Rüstəm Əfsərli belə cavabladı:

“Emin “Kəpəz”lə oyunda dəqiq olmayacaq. “Turan Tovuz”la görüşdə də qayıtmaq ehtimalı çox aşağıdı. Yəni komanda ilə məşqlərə qoşulmur, fərdi məşq edir. Durumu belədi. Əzələsində problemlər var”.

RÖYANƏ OĞUZ
Избранный
6
football-plus.az

1Источники