RU

Həkim səhvi ucbatından 16 dişi itirdi

Rusiyada bir qadın həkim səhvi  ucbatından 16 dişindən olub.

Medianews.az “Daily”ə istinadən xəbər verir ki, hadisə keçən ilin oktyabr ayında baş verib.

Həkim bütün bu dişləri çıxarmaq və implantları quraşdırmaq qərarına gəldi. Ancaq yeni “dişlər” kök salmayıb və ağırlaşmalara, şiddətli ağrılara səbəb olub.

Başqa bir klinikada xəstəyə bildiriblər ki, bu qədər dişin çıxarılmasına ehtiyac yox idi, əvvəlki diş həkiminin seçdiyi müalicə üsulu və protezi xəstənin göstərişlərinə uyğun gəlmir.

Nəticədə 55 yaşlı qadın məhkəməyə müraciət edib və ona vilayət prokurorluğu dəstək verib. Məhkəmə uğursuz diş həkimindən bir milyon rubl məbləğində pul, cərimə və mənəvi ziyana görə kompensasiya alıb.

Избранный
11
medianews.az

1Источники