RU

Naxçıvanda vergi ödəyicilərinin sayı 13 faizdən çox artıb

Naxçıvan, 13 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 6253 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Onların 5983-ü fiziki şəxslər, 270-i isə hüquqi şəxslər və digər təşkilatlar olub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz artıb.

Bu ilin 11 ayı ərzində kommersiya qurumlarının 81,8 faizi elektron qaydada, 18,2 faizi isə kağız daşıyıcısında müraciətlər əsasında qeydiyyata alınıb.

Избранный
11
1
azertag.az

3Источники