Avropa İttifqanın sanksiyalarına baxmayaraq, Ermənistana silah tədarükü əhəmiyyətli dərəcədə artıb. Tribunainfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Qəzet bildirib ki, İtaliyadan Ermənistana tüfəng ixracı 2019-cu ildəki 68 ədəddən 2023-cü ildə 1862 ədədə yüksəlib.
Avropa İttifaqnın araşdırmasına görə, həmin silahların Rusiyaya ötürülməsi prosesi artıq təsdiqlənib. “Bu, Rusiyaya silahların daxil olmasına icazə verir. İstintaqın məlumatına görə, həmin silahların bir qismi Rusiya snayperləri tərəfindən Ukraynaya qarşı müharibədə istifadə edilib”.
Qeyd edək ki, Avropa İttifaqının bu araşdırması tam təsdiqlənərsə, Ermənistan üçün çox ağır nəticələri olacaq. Bu o demək olacaq ki, Ermənistan təkcə İtaliyadan deyil, həmçinin Hindistan, Fransa və İrandan aldığı silahları da Rusiyaya ötürərək, onlardan Ukraynaya qarşı istifadə edilməsinə şərait yaradıb. Bu, İrəvana sanksiyaların tətbiqini reallaşdıra bilər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта