RU

"Bizim əsl Azadlıq meydanımız qəhrəmanlığımızın zirvəsi olan Şuşadır"- Zahid Oruc

"Son 20 ildə məxməri, ya silahlı elə bir inqilab, dövlət çevrilişi və vətəndaş qarşıdurması olmayıb ki, bir ovuc qüvvə qeyri-sabitlik dalğasının bizim ölkəmizə də keçəcəyini iddia etməsin. 2000-ci ildə Suharto İndoneziyasından Qəddafi Liviyasına, Səddam İraqından Əsəd Suriyasına qədər hamısı Xalq Cəbhəsinin rəngli xəyallarının siyasi qibləgahı olub".

Bunu parlamentin bugünkü iclasında Milli Məclisin deputatı Zahid Oruc deyib.

O bildirib ki, bütün dünya inqilablarının sonu qan və göz yaşlarıdır:

"Gürcülər çoxdandır, Corc Buş küçəsindən nifrətlə keçirlər. Təkcə 1990-cı illərin yox, 30 il sonrakı xəyali cəbhə hakimiyyətinin də müasir şəkli elə Suriyadır. İlham Əliyev dünyanın ən demokratik, açıq görüşlü, mərd və hələ ki tək qalib lideridir. Əsl xalq, millət cəbhəsinin rəhbəri də odur. Qarabağ dalğasında meydana, siyasətə və prezidentliyə gələnlərin hakimiyyət yolu birdəfəlik bağlanıb. Əllərini qızdırmaq üçün bütün ölkəni yandırmağa hazır olanlar bizi 20 faizi itirilən Gürcüstana, 30 faizi olmayan Ukraynaya, 40 faizi qalan Liviyaya niyə bənzədirlər ki?! Bəlkə, əksinə, zülmə və əsarətə qarşı savaşan xalqlar azərbaycanlıları özlərinə simvol seçib, torpaq, azadlıq və mənəvi bütövlük qazansınlar".

"Bizim əsl Azadlıq meydanımız dünyəvi inqilabımızın və qəhrəmanlığımızın zirvəsi olan Şuşadır. Ona görə də İlham Əliyevin prezidentlik müddəti ərazi və siyasi bütövlük günümüzdən - 2020-ci ilin 8 noyabrından və 2023-cü ilin 20 sentyabrından hesablanmalıdır. Çünki Qalibiyyət təqvimini və yeni milləti yaradan odur! Bütün siyasi qüvvələrlə qardaşlığın tək yolu var - Qələbəmizə müxalif olmayın!" - deputat əlavə edib.

Mərahim Nəsib

Mənbə: oxu.az

Избранный
14
1
oxu.az

2Источники