RU

Samux Suvarma Sistemləri İdarəsinin yarım milyonluq tenderi... - FOTO

Bir neçə ay bundan öncə işində nöqsanlar buraxdığına görə, Samux Suvarma Sistemləri İdarəsinin rəisi işdən azad olundu.

Çox keçmədi ki, yeni rəis idarəyə təqdim olundu və işə başlayan kimi yarım milyonluq tender elan etdi. 

Güya ki, Tatlı arxının, nəqliyyat vasitələrinə, torpaqqazan mexanizmlərin ehtiyyat hissələrinə, subartezianların təmirinə və s. Dövlət büdcəsindən, tender elan edərək, 417 min manat maliyyə əldə olunub. 

Sözügedən və adı çəkilən təmirdə kəndlərin su sistemlərinin nə qədər təmir olunması, alınan malların həqiqəti doğrultması sual altındadır. 

Aşağıda Tenderlərin siyahısını tqdim edirik:

Məbləğ: 119.736.63 AZN

"AZAM GROUP"MMC

Tatlı arxının beton üzlüyə alınması və  üzərindəki qurğularla  birlikdə əsaslı təmiri işlərinin satınalması.

Nizamnamə kapitalı 10.00 azn, Qanuni təmsilçi Əhməd Mehtiyev Ramazan oğludur.

Məbləğ: 39.400 azn

"DREAM HOUSE CONSTRUCTİON" MMC

Layihə -smeta sənədlərinin hazırlanması işlərinin satınalınması

Nizamnamə kapitalı: 520.00 azn, Qanuni təmsilçi Vahid Çələbiyev Rövşən oğlu.

Məbləğ: 47.995.32 azn

"AVTO TEXNİKA DETALİNG" MMC

Nizamnamə kapitalı: 20.00 azn Qanuni təmsilçi Teymur Müslümov  Əkrəm oğlu.

Məbləğ: 210.000

"AZƏRTRANSS" MMC

Nizamnamə kapitalı: 20.00 azn,  Qanuni təmsilçi Adil Qasımov Məmməd oğlu.

AZƏR

Избранный
42
1
hurriyyet.az

2Источники