RU

Diktatorların qeyri-adi əməlləri ilə bağlı çox yazılıb

Diplomatik xidmət orqanlarının yeni funksiyaları olacaq.

SeherXeber.org -ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət orqanlarının əsas funksiyaları sırasında aşağıdakılar daxil edilir:

- Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda hüquqlarını və qanuni mənafelərini xarici siyasət vasitələri ilə və diplomatik üsullarla müdafiə etmək;

- Azərbaycan Respublikasının milli maraqları baxımından dövlət orqanlarının (qurumlarının), qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların) və işgüzar dairələrin xarici dövlətlərin dövlət orqanları (qurumları), qeyri-hökumət təşkilatları (ictimai birlikləri və fondları) və işgüzar dairələri ilə, habelə Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların orqanları, bölmələri və nümayəndəlikləri (bundan sonra – beynəlxalq təşkilatların orqanları) ilə əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə kömək göstərmək;

- müəyyən edilmiş səlahiyyətlər daxilində beynəlxalq məhkəmə və arbitraj işlərində Azərbaycan Respublikasının milli maraqlarını müdafiə etmək;

- Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası və digər beynəlxalq əlaqələrinin qurulmasına və həyata keçirilməsinə kömək göstərmək;

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, həmçinin normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, eləcə də beynəlxalq təşkilatların orqanlarının əməkdaşlarını arzuolunmaz şəxs elan etmək və bu barədə məlumatı aidiyyəti üzrə təqdim etmək;

- xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin qurulmasına, eləcə də onlar arasında əməkdaşlığın inkişafına, həmrəyliyin gücləndirilməsinə və milli mənafeyə xidmət edən tədbirlərin təşkilinə dəstək vermək;

- xarici dövlətlərdə silahlı münaqişələr və fövqəladə hallar zamanı, həmçinin təhlükəsizliyə təhdid yarandığı digər hallarda, müvafiq xarici dövlətdə fəaliyyət göstərən diplomatik nümayəndəlikdə və konsulluqda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin, eləcə də orada olan digər Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyini aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə təmin etmək, həmçinin onların təxliyəsini təşkil etmək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

***

Diplomatik xidmətə qəbulla bağlı məhdudiyyətlər açıqlanıb.

SeherXeber.org -ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, müvafiq diplomatik vəzifənin təlimatına uyğun ali təhsilə və peşə hazırlığına malik olan, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşlarının diplomatik xidmətə qəbul olunmaq hüququ var.

Diplomatik xidmətə aşağıdakı şəxslər qəbul olunmurlar:

- ikili vətəndaşlığı və ya digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər;

- din xadimləri;

- məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;

- əvvəllər ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş, yaxud barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər;

- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər;

- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

- tibbi rəyə əsasən əqli və ya fiziki pozuntlarına görə diplomatik xidmət orqanlarında xidmət keçməyə qadir olmayan şəxslər;

- dövlət orqanlarında (qurumlarında) əvvəllər yol verdiyi kobud pozuntuya və ya qulluqla (xidmətlə) bir araya sığmayan hərəkətlərə görə qulluğuna (xidmətinə) və ya əmək müqaviləsinə xitam verilmiş şəxslər;

- qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı hərbi mükəlləfiyyətli şəxslər.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Избранный
13
2
seherxeber.org

10Источники