RU

"Keyn oynaya bilməyəcək" - Vensan Kompani

"Bayern Münhen"in baş məşqçisi Vensan Kompani komandanın ingilis hücumçusu Harri Keynin Almaniya Bundesliqasının 14-cü turu çərçivəsində sabah keçiriləcək səfər matçında "Maynts"a qarşı oynaya bilməyəcəyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini Münhen klubunun mətbuat xidməti belə çatdırıb:

"Keyn "Maynts"a qarşı oynaya bilməyəcək. Digər zədəli futbolçularımız kimi, o da matçı kənardan izləyəcək. "Şaxtyor"la görüşdə meydana çıxan uşaqlar oynayacaqlar".

Xatırladaq ki, 31 yaşlı Keyn Bundesliqanın 12-ci turunda baş tutan görüşdə - Dortmund "Borussiya"sı ilə matçda zədələnib. Ulduz futbolçunun omba əzələsi dartılıb.

Nihat

Избранный
7
fanat.az

1Источники