RU

Moskva Bakı və İrəvanla razılaşmaların həyata keçirilməsi üçün bütün səylərini göstərəcək - Rusiya XİN

“Rusiya Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün hər şeyi edir və edəcək”.

Missiya.Az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Qaluzin Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci ildən 2023-cü ilə qədər əldə edilmiş üçtərəfli razılaşmaların əhəmiyyətini qeyd edib:

"Moskva sülhün bərqərar olmasının, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının tərəfdarı olaraq qalır. Biz həm də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasının tərəfdarıyıq”, - deyə siyasətçi bildirib.

 

Daşqın HəsənovMisisya.Az

Избранный
15
missiya.az

1Источники