RU

Ukrayna PUA-sı "Lukoyl"u da vurdu

Dekabrın 12-si axşam saatlarında hava hücumundan müdafiə sistemi Leninqrad vilayətindəki Vısotsk Lukoyl-II neft terminalı üzərində hərəkət edən pilotsuz uçan aparatı vurub. Bu barədə "Baza" məlumat yayıb. Nəşr iddia edib ki, vurulan cihaz "Baba Yaqa" tipli kəşfiyyat aparatı olub. PUA-nın dağıntıları kompleksin yaxınlığındakı Finlandiya körfəzinə düşüb. Hadisədən sonra limanın fəaliyyəti dayandırılıb.

“Lukoyl” paylayıcı ötürmə kompleksi neft məhsullarının, o cümlədən mazut, nafta və dizel yanacağının daşınması ilə məşğuldur. Şirkət 2004-cü ildə istifadəyə verilib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Избранный
17
news365.az

1Источники