RU

Ana dili tələbi, azərbaycanlıların İranı parçalamaq planıdır - farsmərkəzli şair Rza Şeybani

Türkiyə İranda pantürkizmin rəvacına strateji məsələ kimi baxır və bu ölkə son 100 il ərzində "azəri" və İranda yaşayan türklərdən sui-istifadə edərək, İranı təhdid və məhdudlaşdırmağa çalışıb.

Bu iddianı şair və araşdırmaçı Rza Şeybani İranın "Mehr" xəbər agentliyinə müsahibəsində irəli sürüb.

"Bizim rəqiblərimiz, o cümlədən Azərbaycan, Türkiyə və İsrail pantürkizmə İran üzərində riçaq vasitəsi kimi çox mühüm sərmayə qoyublar. Onlar iranlı türkdillilər arasında türk millətçiliyinin təbliği üzərində çalışıblar. Adı çəkilən üç ölkənin bu məsələdə ittifaqı var və bunun üzərində işləyir, hətta kitab da yazırlar",- Şeybani iddia edib.

O, amerikalı tədqiqatçı və şərqşünas Brenda Şafferin "Sərhədlər və qardaşlıq; İran və Azərbaycan kimliyi problemləri" kiyabının fars və Azərbaycan dillərində nəşrini xatırlafaraq, bunun pantürkizmin təbliği olduğunu söyləyib.

Rza Şeybani İranda Azərbaycan və türk milli kimliyi, ana dili məsələlərini, bu sahədəki hüquqların tələbini "İsrailin İranı parçalamaq planı"nın tərkib hissəsi olduğu barədə xəbərdarlıq edib.

Panfarsizm cərəyana mənsubluğu ilə tanına Şeybani İranın şimal-qərb bölgəsində türk-fars məsələsinin əsas müzakirə mövzularından birinə çevrildiyni bildirib, bu bölgədə fars dilinə qarşı münasibətin pisləşməsindən narahatlıq ifadə edib.

Qeyd edək ki, təbrizli Rza Şeybani azərbaycanlı olsa da, miliyyətcə türk deyil. O, bir neçə ildir Azərbaycan dili və mədəniyyətinə qarşı əks-təbliat aparan "azərilər" cərəyanına yaxınlığı ilə tanınır.

visiontv.az



Избранный
17
visiontv.az

1Источники