RU

Nazir: Turnirin populyarlığı artır, dövlət qurumları böyük məmnuniyyətlə yarışa qatılırlar

“Minifutbol turniri artıq üçüncü dəfədir keçirilir. Turnirin populyarlığı daha da artır, dövlət qurumları böyük məmnuniyyətlə yarışa qatılırlar”.

“İki sahil” xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Dövlət qurumları arasında yarışların digər idman növlərində də keçirildiyini diqqətə çatdıran nazir bu cür tədbirlərin təşkilinin sağlam həyat üçün faydalı olduğunu bildirib: “Tennis Akademiyasının stadionuna hər zaman çox sayda azarkeşin gəldiyinin şahidi oluruq. Onu da qeyd edim ki, turnirin qalibləri ölkəmizi beynəlxalq yarışlarda da təmsil edirlər. Hətta keçən il onlardan biri beynəlxalq yarışın qalibi də olub”.

Избранный
25
2
ikisahil.az

3Источники