ekabrın 13-də Qusar rayonunda səfərdə olan elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qusar şəhəri Tofiq İsmayılov аdına 6 nömrəli tam orta məktəbdə olub.
AzEdu.az “Azərbaycan müəllimi”-nə istinadən xəbər verir ki, məktəbdə mövcud şəraitlə tanış olan nazir müavini tədris prosesini izləyib, şagird və müəllimlərlə söhbət aparıb, onların təkliflərini dinləyib.
Təhsil müəssisəsinin fəaliyyət göstərdiyi müddət ərzində əldə edilən nailiyyətlər, tədris metodları barədə məlumat verən direktor Kəmalə Sadıxova qeyd edib ki, hazırda təhsil ocağında 1122 şagird təhsil alır və 84 nəfərdən ibarət pedaqoji heyət fəaliyyət göstərir. Məktəbdə tədris ikinövbəli aparılır. Bildirilib ki, təhsil müəssisəsində yaradılmış icmaəsaslı məktəbəqədər təhsil qrupunda 24 uşaq təhsilə cəlb edilib.
Məktəbin kitabxanasına da baxış keçirən nazir müavini Firudin Qurbanov kitabxananın şagirdlərin oxu tələblərinə uyğun olaraq yenidən təşkil edilməsi ilə bağlı göstəriş verib.