RU

Avstraliya xəbər yerləşdirməyə vergi tətbiq edir

Avstraliya hakimiyyəti yerli media xəbərlərinin yerləşdirilməsi üçün böyük platformalara vergi tətbiq edib. Bu barədə “Associated Press” məlumat yayıb.

Yanvarın 1-dən vergi Avstraliyada ildə 160 milyon dollardan çox qazanan şirkətlərdən tutulacaq. Bunlara “Meta”, “Google”-a sahib olan “Alphabet” və “TikTok”-un sahibi olan “ByteDance” daxildir. Səlahiyyətlilərin sözlərinə görə, vergi Avstraliya mediasına edilən ödənişlərlə kompensasiya ediləcək. Verginin məbləği dəqiqləşdirilməyib, amma hökumət vergi ödəməkdənsə, mediaya pul ödəməyi daha sərfəli etməyə çalışır.

"Əsl məqsəd Avstraliyada platformalar və xəbər mediası arasında razılaşmaları təşviq etməkdir,"- xəzinədar köməkçisi Stiven Jons deyib.

Qərar, məşhur “Facebook”, “Instagram” və “WhatsApp” sosial şəbəkələrinin sahibi olan “Meta”-nın Avstraliya xəbər agentlikləri ilə onların məzmununu yerləşdirmək üçün müqaviləni yeniləməkdən imtina etməsindən sonra verilib. Şirkət izah edib ki, “insanların çoxu xəbərlər üçün onun platformalarına gəlmir və media orqanları öz kontenlərini (məzmunlarını) könüllü olaraq platformalarda yerləşdirirlər, çünki bu, onlara fayda gətirir”.

Media bazarı haqqında qanun Avstraliyada 2021-ci ildə qəbul edilib. Bu qanun, əsas platformaları gəlirlərini Avstraliya media şirkətləri ilə bölüşməyə və ya daxili gəlirlərinin 10%-i məbləğində cərimə ödəməyə məcbur etdi. Əvvəllər Avstraliya mediası “Google” və “Facebook”-un heç bir ödəniş etmədən kontenlərinin nümayişindən qazanc əldə etməsindən qəzəblənirdi.

Almaz Həsənli

Избранный
22
oxumeni.az

1Источники