RU

Çağırışa möhlət verilməsi qaydasında bəzi dəyişikliklər edilir

Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi qaydasında bəzi dəyişikliklər edilir. SİA xəbər verir ki, bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunub.

Dəyişikliyə əsasən, üç təhsil pilləsi üzrə - kolleclərdə təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 21 yaşınadək (hazırda 22), bakalavriatda təhsil alanlara - müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (hazırda yaş məhdudiyyəti yoxdur), magistraturada təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla (hazırda yaş məhdudiyyəti yoxdur) möhlət veriləcək.

Mövcud qanunvericilikdə əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək möhlət verilir.

Qeyd edək ki, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycanda və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir.

Избранный
11
30
sia.az

10Источники