"Magistr dərəcəsi almış və rezidenturanı bitirmiş şəxslər müvafiq vəsait ödəmək qarşılığında hərbi xidmətdən azad edilməlidir".
Mia.az xəbər verir ki, bu təklifi deputat Qüdrət Həsənquliyev parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında deyib.
O bildirib ki, artıq köhnə ənənədənçıxmaq mütləqdir: “Sovet dövründən qalma fikir var ki, kişidirsə, mütləq hərbi xidmətdən keçməlidir. Elə gənclərimiz var ki, onlar kompüter arxasında daha faydalıdırlar. Hərb özü də bir sənətdir. Hərbi xidmətə yararlı olsa da, hər kəsin hərbi xidmətə məcburi çağırılması vacib deyil”.