RU

Körpələrə vurulan peyvənd autizm yarada bilərmi?

"Autizm spektr pozuntusu neyropsixoloji pozuntudur. Mərkəzi sinir sisteminin problemidir. Autizm spektr pozuntusundan əziyyət çəkən minlərlə uşaq var. Daşıyıcılıq ömür boyu davam edir. Təlimlərlə sosial və psixoloji münasibətləri normallaşdırmaq mümkündür. Autizm oğlan uşaqlarında daha çox müşahidə olunur. Uşaqlar 6 ayından 2-3 yaşına qədər, ən gec 4 yaşına qədər problemi biruzə verə bilir".

Bu sözləri Demokrat.az-a açıqlamasında Orvita Psixoloji Reabilitasiya Mərkəzinin rəhbəri Ramidə Oqtayqızı deyib:

"Autizm spektr pozuntusunun yüzlərlə əlaməti var. Həmin əlamətlər diaqnoz qoymağa kömək edir. Autizm yüngül, orta, ağır olaraq dəyərləndirilir.Autizm spektr pozuntusu olan uşaqlarda problemin yaranma səbəbi hələ də elmə məlum deyil. Valideynlərin yaşının çox olması, qohum evliliyi, qan uyğunsuzluğu, ananın hamiləlik dövründə yaşadığı stress, ekoloji vəziyyət, qidalanma, uşaq ana bətnində olarkən ananın müxtəlif viruslara yoluxması kimi müxtəlif səbəblər var. Autizm spektr pozuntusu heç bir aparat vasitəsilə müəyyən edilmir. Uşağın ilk 4,5,6 ayında xüsusi əlamətlərlə özünü göstərir".


O bildirib ki, autizmin peyvənddən, uşaq yıxıldıqdan, xəstələndikdən sonra yaranması ilə bağlı da yanlış fikirlər var:

"Autizm spektr pozuntusu bilinməyən səbəndən yarandığı üçün həssas risk qrupu hesab edilir. Həssas qrupa daxil olan uşaqlarda peyvənddən sonra həmin əlamətlər özünü daha qabarıq göstərməyə başlayır. 

Autizm spektr pozuntusu göz kontaktının olmaması, nitqin olması və ya sonradan itməsi, yemək pozuntusu, yuxu pozuntusu, duyğusal pozuntuların olması ilə özünü göstərir. Bu tip uşaqlarda müəyyən xüsusi hərəkətlər- əllərini çırpmaq, bədənini,ayağını çırpmaq halları baş verir. 

Autizm spektr pozuntusu olan azyaşlılar öz dünyalarına qapılıb, xarici aləmdən təcrid olunurlar. Çox zaman ata və ananı digər insanlardan ayırmaqda çətinlik çəkirlər. Qorxu, təhlükə hissini bilmirlər. 

Autizm spektr pozuntusunun çıxış yolu sosial münasibətlərə adaptasiya olmaqdır. Xəstəlik deyil, fərqlilik kimi qəbul edilməlidir. Günümüzdə "ağıllı autriklər" kimi anlayış da var. Həmin uşaqların nitqi var, xüsusi qabiliyyətlərə sahibdirlər. Öz dilləri ilə yanaşı bir neçə dili sərbəst danışa bilirlər, riyazi və məntiqi təfəkkürləri yüksək olur. Autizmə qonşuluq edən serebral iflic, əqli gerilik, daun sindromu kimi xəstəliklər var. Autizm spektr pozuntusu ağır mental ləngimə kimi də dəyərləndirilə bilir.Müalicə üsulu medikamentoz davranış pozuntusunu aradan qaldıracaq, sakitləşdirəcək müalicə və təlimlərdir".

Əfsanə Kamal
Demokrat.az
Избранный
22
demokrat.az

1Источники