RU

Azərbaycanda hərbi qulluqçuların xidmətinin son yaş həddi azaldılır

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçularının dinc dövrdə xidmətinin son yaş həddi azaldılır.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin dekabrın 13-də keçirilən iclasında müzakirəyə çıxarılmış “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilməsi nəzərdə tutulan dəyişiklikdə əksini tapıb.

Hazırda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 39-cu maddəsinə əsasən, dinc dövr zamanı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 36,5 yaşına qədər xidmət edir. Lakin təklif edilən dəyişikliklə bu yaş həddi 31,5-ə endiriləcək.

Bu dəyişiklik hərbi qulluqçuların xidmət müddətinin tənzimlənməsi və Silahlı Qüvvələrdə peşəkar heyətin yaş quruluşunun optimallaşdırılması məqsədini daşıyır.

Избранный
8
3
yeniazerbaycan.com

4Источники