RU

AzMİU-da rəqəmsallaşmaya doğru növbəti addım: Əməkdaşlara kibertəhlükəsizlik üzrə təlim keçirildi (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)universitetin İKT Mərkəzinin Treyninq və SertifikatlaşdırmaŞöbəsinin təşkilatçılığı ilə kibertəhlükəsizlik mövzusundamaarifləndirici və praktik təlim keçirilib.

Trend xəbərverir ki, bu barədə AzMİU məlumat yayıb.

Bildirilib ki, universitetin əməkdaşları üçün təşkil ediləntəlim kibertəhlükəsizlik və kibergigiyena mövzularına həsrolunub.

Kibertəhlükəsizlik üzrə mütəxəssis, ekspert Rövşən Məlikovuntəqdimatı ilə keçirilən təlimdə müasir dövrün ən vacibməsələlərindən biri olan virtual təhlükəsizlik ön plana çəkilib.Şəxsi və təşkilati məlumatların qorunması yolları,kibertəhlükələrin müxtəlif növləri və onlardan qorunma üsullarıbarədə ətraflı məlumat verilib. Mütəxəssis iştirakçılaraməlumatların təhlükəsizliyinin təmin edilməsinin vacibliyi, güclüşifrələmə, təhlükəsiz əlaqə protokolları və kibergigiyenaprinsipləri barədə praktiki tövsiyələr verib.

AzMİU-da son illər rəqəmsal transformasiya istiqamətində birsıra mühüm işlər görülüb. Universitetin rəqəmsal texnologiyalarıntətbiqi, elektron universitet quruculuğu və informasiyasistemlərinin inkişafı sahəsindəki nailiyyətləri daha qabaqcıl vəmüasir standartlara cavab verən tədris mühiti formalaşdırıb. Butəlim də universitetin rəqəmsal dünyaya uyğunlaşması məqsədiləhəyata keçirilib.

Qeyd edilib ki, AzMİU-da davamlı olaraq rəqəmsal infrastrukturungücləndirilməsi və elektron universitetin inkişafı istiqamətindəəsaslı addımlar atılmaqdadır.

AzMİU-da
AzMİU-da
AzMİU-da
Məqalədə:
Избранный
53
2
az.trend.az

3Источники