RU

Dövlət Xidmətinin baş idarə rəisi: 2 uşağı olanların azad edilməsi heç Türkiyə təcrübəsində yoxdur

Yaşın 35 yaşdan 30-a endirilməsi 2 övladı olan bir çox şəxsin hərbi xidmətdən azad olunmasına səbəb olacaq.

APA xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev deyib.

Azər Babayev bildirib ki, qanun qəbul olunarsa, faktiki həmin kateqoriya insanlar çağırışdan azad olunacaqlar: “Amma ümumiyyətlə 2 uşağı olanların azad edilməsi heç Türkiyə təcrübəsində yoxdur”.

Избранный
20
5
apa.az

6Источники