RU

Rüşvət alan direktorun və həkimin cəzası bəlli oldu

Rüşvət almaqda ittiham edilən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Zamanov və Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Kifayət Hacıyevanın məhkəməsi başa çatıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (rüşvətalma, təkrar rüşvətalma) təqsirli biliniblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər ikisinə səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzası verilsə də, A.Zamanova bir il altı ay, K.Hacıyevaya isə bir il sınaq müddəti verilməklə həmin cəzalar şərti hesab edilib. Beləliklə, hər iki şəxs azadlıqda qalıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər dörd epizod üzrə rüşvətalmada ittiham ediliblər.

Milli.Az

Избранный
8
10
milli.az

10Источники