RU

MM-in Komitə sədri: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi çox mühüm əhəmiyyət kəsb edir

Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi çox mühüm əhəmiyyət kəsb edir.

APA xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağyev bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən deyib.

Arzu Nağyev bildirib ki, 44 Günlük Vətən Müharibəsindən sonra orduda islahatların aparılması, bir sıra qanunvericilikdə dəyişikliklərin edilməsi Prezident tərəfindən labüd sayılıb: “Bu islahatlara uyğun olaraq, əsas istiqamətlərdən biri də çağırış məsələsidir. Bu gün cəmiyyəti narahat edən və eyni zamanda sevindirə bilən bir sıra dəyişikliklər var.

Orduya çağırışla bağlı təbii ki bir sıra ölkələrin qanunları müxtəlif ola bilər. Məsələn, Rusiyada hərbi xidmətə çağırış 18 yaşına çatmış, lakin 27 yaşdan yuxarı olmayan vətəndaşlara şamil edilir. 30 yaşdan aşağı şəxslər adətən daha yaxşı fiziki formada olurlar, intensiv fiziki qabiliyyətə malikdirlər. Psixoloji yetkinlik 18-25 yaş arasında, eyni zamanda 30 yaşına qədər yetkinliyə çatır. Bu emosional və psixoloji problemlərin öhdəsindən gəlməyə kömək edir. Əsasən 18-30 yaş arası insanlar yeni bacarıqları daha tez öyrənirlər. Çağırışçılar üçün psixoloji aspektlər də çox mühüm əhəmiyyət kəsb edir. Onlar həkim komissiyasından keçdikdə əsas diqqət psixoloji müayinədə stress altında davranışla bağlı suallar, digər məsələlər aydınlaşdırılır. Yəni son vaxtlar bir sıra müharibələri də görürük. Ağır şizofreniya, travma sonrası stress və adaptasiya pozğunluğu kimi problemlər nəzərə alınandır. Yaş həddinin aşağı salınması da çox mühüm əhəmiyyət kəsb edir”.

Избранный
16
50
apa.az

10Источники