RU

Dövlət Xidməti Azərbaycan vətəndaşlığı alanların hərbi xidmət məsələsinə aydınlıq gətirib

Son vaxtlar Azərbaycanda ikili vətəndaşlıq tanınmır.

APA xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev deyib.

Azər Babayev bildirib ki, son dövrlər bəzi vətəndaşlar müraciət edir ki, onlar digər vətəndaşlıq mənsubiyyəti olan ölkədə hərbi xidmət keçib: “Vətəndaşlığı tanınıb, şəxsiyyət vəsiqəsi verilib onu Azərbaycanda hərbi xidmətə aparanda ciddi narazılıq yaranır. Hər iki valideyni Azərbaycan respublikası vətəndaşıdırsa, onlar xidmət etməlidirlər. Müraciət edənlərin valideynlərinin bir çoxu başqa ölkə vətəndaşı olur. Artıq kimsə doğulduğu anda Rusiyada doğulubsa, atası azərbaycanlı, anası rusdursa, biz onlara azadetmə tətbiq edirik”.

Избранный
22
3
apa.az

4Источники