RU

Azərbaycanda mənzillərin özəlləşdirilməsi qaydasında dəyişiklik edilir

Azərbaycanda mənzil özəlləşdirmək üçün sənədlər elektronlaşdırılır.

Korrespondent.az bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Layihədə qeyd olunur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna uyğun olaraq, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda düzəlişin edilməsi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın 4.2-ci bəndindən irəli gələrək (dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması), habelə "İnzibati icraat haqqında" qanuna edilmiş dəyişikliyə uyğun olaraq vətəndaşa dair sənəd və məlumatın əldə edilməsinin ardıcıllığının müəyyən olunması və hüquqi tənzimlənməsi məqsədi daşıyır.

Sənədlər Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə əldə edilə bildikdə sənədlər ərizəçidən tələb edilmir.

Sənədlər EHIS vasitəsilə əldə edilə bilmədikdə isə ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Избранный
29
6
korrespondent.az

10Источники