RU

Ehtiyata keçirilən şəxslərin tibbi müayinəyə cəlb edilməsi ilə bağlı yaş həddi azaldılır

Bakı, 13 dekabr, AZƏRTAC

Azərbaycanda ehtiyata keçirilən şəxslərin hərbi komissarlıqlarda tibbi müayinəyə cəlb edilməsi ilə bağlı yaş həddi azaldılır.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilməsi nəzərdə tutulan dəyişiklikdə əksini tapıb.

Hazırda ehtiyata keçirilən şəxslər, vaxtaşırı olaraq rayon (şəhər) hərbi komissarlıqlarında tibbi müayinə komissiyalarına cəlb edilir. Müvafiq qanunvericiliyə əsasən, hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilən şəxslər 35 yaşına çatana qədər tibbi müayinədən keçirilməyə davam edir və hərbi xidmətə yararlı hesab edildikdə, çağırışçıların uçotuna qaytarılaraq, ümumi qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulan hallar istisna olmaqla).

Yeni təklifə əsasən, tibbi müayinəyə cəlb edilmək üçün yaş həddi 35-dən 30-a endirilir. Bu dəyişiklik, ehtiyata keçirilən şəxslərin hərbi xidmətə hazırlığını daha sürətli və effektiv şəkildə təmin etməyə yönəlib.

Избранный
24
3
azertag.az

2Источники