RU

İdarə rəisi: Möhlət alanların sayı 44% artıb

Hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr aparılsa da, müddətin azaldılmasına hələ hazır deyilik.

Yenisabah.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev deyib.

O bildirib ki, 2020-2024-cü illərdə təhsili davam etdirmək üçün hərbi xidmətdən möhlət alanların sayında 44 faiz artım olub:

"Həmin müddətdə hər il üzrə 30-35 yaşlı çağırışçılar ümumi resursun 0,2 - 0,3 faizini təşkil edib. Bu çağırış resursuna ciddi təsir göstərən rəqəm sayıla bilməz. Yəni, magistr və rezidentura tələbələri çağırışdan azad olunsa, bu çağırış resursuna ciddi təsir göstərməz”.

A. Babayev əlavə edib ki, Dövlət Xidmətinə alternativ xidmət üçün müraciət edənlər yalnız “Yahova Şahidləri”dir:

"Alternativ hərbi xidmətin əsasnaməsi 1992-ci ildə təsdiq edilib. Amma bunun tətbiqolunma qaydaları yoxdur. Bizə əsas daxil olan müraciətlər “Yahova şahidləri”dir. Yalnız onlar alternativ xidmət üçün müraciət edir və bu, bəzən ödənişli xidmət kimi başa düşülür. Amma bu, tamam fərqli anlayışdır".


Telegram kanalımız
Избранный
13
9
yenisabah.az

10Источники