RU

ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər

ABŞ-ın yeni seçilmiş prezidenti İranın nüvə proqramının qarşısını almaq istəyir, eyni zamanda yeni müharibəni qızışdırmaq istəmir. Bu barədə Donald Tramp NBC-yə müsahibəsində bildirib.

Vaşinqton İranın nüvə proqramına qarşı müxtəlif variantları nəzərdən keçirir, bunlardan biri İsrail və ABŞ aviasiyaları ilə  İranın nüvə obyektlərinə preventiv zərbə endirməkdir, dekabrın 13-də  The Wall Street Journal bildirib.

Nəşrin məlumatına görə, Trampın məsləhətçiləri Tehrana iqtisadi təzyiqin effekt verməyəcəyindən narahatdırlar və hərbi əməliyyatların mümkünlüyünü nəzərdən keçirirlər.

Həmin mənbələrə görə, Tramp İsrailin baş naziri Benyamin Netanyahuya deyib ki, İranın nüvə proqramından narahatdır və onun qarşısını almaq istəyir, ancaq ABŞ ordusu cəlb edilməklə yeni müharibəyə başlamaq istəmir.

Избранный
10
turan.az

1Источники