Konfrans Liqasında Liqa mərhələsinin 5-ci turunun oyunları keçirilib.
Türkiyənin yarışdakı yeganə təmsilçisi olan "Başakşehir" öz meydanında "Haydenhaym"la (Almaniya) qarşılaşıb.
Fatih Terimin adını daşıyan stadionda baş tutan görüş 3:1 hesabıyla ev sahiblərinin xeyrinə başa çatıb.
İstanbul klubu ötən dəfə olduğu kimi, yenə Azərbaycana jest edib.
Almanlarla matçdan öncə və fasilə zamanı stadionda "Bayatı-Şiraz" muğamı səslənib.
"Başakşəhər"in mətbuat xidmətinin rəhbəri Gökhan Yılmaz həmin görüntüləri eksklüziv olaraq "Sportinfo TV"yə göndərib.