RU

Bələdiyyə seçkiləri ilə əlaqədar daha beş partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

 

Azərbaycanda 2025-cü il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində daha beş partiyanın səlahiyyətli nümayəndələri təsdiqlənib.

Missiya.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 13-də keçirilən iclasında qərar qəbul olunub.

MSK katibi Arifə Muxtarovanın təqdimatı əsasında Ədalət, Hüquq, Demokratiya (ƏHD), Milli Cəbhə (AMCP), Milli Dirçəliş Hərəkatı (MDHP), Ana Vətən (AVP) və Böyük Azərbaycan (BAP) partiyalarının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qərar səsverməyə çıxarılaraq MSK üzvləri tərəfindən qəbul edilib.

Избранный
5
15
missiya.az

10Источники