Doğulanda hər iki valideyni Azərbaycan vətəndaşı olan şəxslər hərbi xidmətə çağırılır.
Axar.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev Milli Məclisin parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı danışıb.
O qeyd edib ki, Azərbaycan ikili vətəndaşlıq praktikasını tanımır:
“Həmin şəxslərin isə Azərbaycan vətəndaşlığı məsuliyyəti tanındığına görə hərbi xidmətə çağırılırlar. Çünki doğulanda hər iki valideyni Azərbaycan vətəndaşıdırsa, onlar xidmət etməlidirlər.
Müraciət edənlərin bəzilərinin valideynlərinin biri başqa ölkə vətəndaşı olur. İndi isə dəyişikliyə görə, kimsə Rusiyada doğulubsa, atası azərbaycanlı, anası rusdursa, ona Azərbaycanda hərbi xidmətdən azadetmə tətbiq ediləcək”.