RU

İtaliyada həmkarlar ittifaqları ümummilli tətil elan ediblər

İtaliyada həmkarlar ittifaqları hökumətin gələn ilin büdcəsində dəyişiklik etmək planlarına qarşı ümummilli tətil keçirir.

Bu barədə "ANSA" məlumat yayıb.

Bildirilib ki, tətil ilk növbədə nəqliyyata aiddir. Lakin qeyd edilir ki, hazırda ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasına baxmayaraq, aksiyalar böyük problemlərə gətirib çıxarmayıb.

İnfrastruktur naziri və baş nazirin müavini Matteo Salvini xüsusi fərmanla tətili 4 saata qədər qısaltmağa çalışsa da, inzibati məhkəmə işçilərin 24 saatlıq tətil hüququnu təsdiqləyib.

Agentliyin məlumatına görə, həmkarlar ittifaqları Milanda və Romada iki mitinq keçirib. Tətil edən insanlarhəmçinin minimum əmək haqqının saatda 10 avro olmasını istəyiblər.

Избранный
14
aznews.az

1Источники