RU

Blinken Ərdoğanla Suriya böhranını müzakirə edib

ABŞ Dövlət Departamenti bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və dövlət katibi Antoni Blinken Ankarada görüşərək “ABŞ və Türkiyə arasında möhkəm regional əməkdaşlıq” və “Suriyada siyasi keçidə dəstək” məsələlərini müzakirə ediblər.

Məlumatı “Anadolu” verib. 

Görüşdən sonra verilən yazılı açıqlamada deyilir: “Dövlət katibi Blinken ABŞ və Türkiyə arasında güclü regional əməkdaşlığın gücləndirilməsini, habelə Suriyada suriyalıların rəhbərlik etdiyi və onların iştirakı ilə hesabatlı və əhatəli hökumətə siyasi keçidi dəstəkləməkdə ortaq maraqları müzakirə edib”.

Həmçinin bildirilir ki, tərəflər Suriyada münaqişənin bütün tərəflərinin insan haqlarına, beynəlxalq humanitar hüquqa əməl etməsinin, eləcə də mülki şəxslərin və azlıqların müdafiəsini təmin etməsinin vacibliyini müzakirə ediblər.

Dövlət katibi Blinken Suriyadakı məcburi köçkünlərə humanitar yardımın çatdırılmasının və İŞİD terror təşkilatı ilə mübarizə üçün koalisiya missiyasının davam etdirilməsinin vacibliyini vurğulayıb.

Bundan əlavə, dövlət katibi Qəzzada atəşkəs razılaşmasının təcili bağlanmasının zəruriliyi ilə bağlı fikirlərini bildirib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Избранный
10
xalqqazeti.az

1Источники