RU

Suriyalılar qayıdır: Türkiyənin bu şəhərlərində kirayə evlər kəskin ucuzlaşacaq

Türkiyədə son illərdə kirayə qiymətlərinin sürətlə artması xüsusilə böyük şəhərlərdə yaşayan vətəndaşlar üçün mühüm problemə çevrilib.

Publika.az xəbər verir ki, bu vəziyyətə Suriyadakı vətəndaş müharibəsi səbəbilə Türkiyəyə sığınan suriyalı qaçqınların sıx məskunlaşdığı bölgələrdə mənzil tələbinin artması ciddi təsir edib.

Ancaq suriyalılar Əsəd rejiminin süqutundan sonra ölkələrinə dönərsə, bu bölgələrdə mənzilə tələbatın azalacağı və buna görə də kirayə qiymətlərinin aşağı düşəcəyi gözlənilir.

Əmlak Hüquq İnstitutu Başçısı Ali Yüksel Türkiyənin böyük şəhərlərində, xüsusilə İstanbulun Avropa tərəfində Suriya əhalisinin azalmasının mənzil bazarına birbaşa təsir edəcəyini bildirib. O, kirayə qiymətlərində 20-30 faiz endirimlər olacağını proqnozlaşdırıb.

Избранный
40
publika.az

1Источники