44 günlük müharibədə həlak olan bəzi hərbçilərin cəsədləri hələ də basdırılmayıb, onlar arasında DNT analizindən keçirilməyənlər də var.
Xalqcebhesi.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan açıqlayıb.
Nazir cəsədlərin bəzilərinin şəxsiyyətinin müəyyən edildiyini bildirib:
“Kimliklərinin məlum olmasına rəğmən dəfn edilməmiş hərbçilər var. Müdafiə Nazirliyi, istintaq orqanları və həlak olanların valideynləri ilə müzakirə aparılır”.